Gorus-Qafan yolunda kamera quraşdırılması ilə bağlı DİN-dən AÇIQLAMA

Gorus-Qafan yolunda kamera quraşdırılması ilə bağlı DİN-dən AÇIQLAMA

  • 14-Sep-2021, 13:02

Ötən gün erməni mətbuatında Gorus-Qafan yolunun Zeyvə-Şurnux yaşayış məntəqələri arasında yerləşən hissəsində Azərbaycan tərəfinin kameralar yerləşdirdiyinə dair məlumatlar paylaşılıb.

xəbər verir ki, “oxu.az” yayılan məlumatlara aydınlıq gətirmək üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlayıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə təyin olunan polis postları xidmətin tələbinə və qarşıda duran vəzifələrin icrasına uyğun olaraq təchiz edilir.