“Azəriqaz” 3 yaşayış massivinin qazlaşdırılmasını başa çatdırdı (VİDEO)

“Azəriqaz” 3 yaşayış massivinin qazlaşdırılmasını başa çatdırdı (VİDEO)

  • 14-Sep-2021, 16:38
Avqustun 4-dən start götürən "Açıq mikrofon” aksiyası 1 ay ərzində 11 fərqli məkanda təşkil olunub ki, hər birində işlər sürətlə davam etdirilir.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, artıq bir neçə ərazidə işlər tamamlanmaq üzrədir. Hövsan qəsəbəsinin Bağlar massivində, Abşeron rayonunun Novxanı kəndində təşkil olunan aksiyadan sonra bu ərazilərin qazlaşdırılmasına başlanılıb və qısa müddət ərzində işlər yekunlaşıb.

Bildirilir ki, bundan əlavə Novxanı kəndində keçirilən aksiyaya Abşeron rayonu, Sevil massivində yaşayan sakinlər də qatılmışdı ki, onların müraciəti də təmin olunub. Yaşayış massivinin qazlaşdırılması icra olunub. Bununla da 1 ay ərzində 3 yaşayış massivinin qazlaşdırılması tam olaraq icra olunub.

Qeyd edək ki, "Açıq mikrofon” aksiyası Bakı və Abşeron yarımadası da daxil olmaqla ümumilikdə bütün regionları əhatə edir. Əsas məqsəd vətəndaşların problem və təkliflərinin yerindəcə dinlənilməsi, onları maraqlandıran sualların cavablandırılmasıdır.

Video materialı sosial şəbəkə ünvanından izləyə bilərsiz: