Azərbaycanda ən yüksək maaşı bu sahədə çalışanlar alır - 3207 manat

Azərbaycanda ən yüksək maaşı bu sahədə çalışanlar alır - 3207 manat

  • 14-Sep-2021, 18:17
2021-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 728,5 manat təşkil edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd edilib.

Bildirilir ki, bu gəlirlər 2020-ci ilin müvafiq dövrünə nisbətən cəmi 1,8 faiz artıb.

Əməkhaqqı neft-qaz sektorunda 3207,5 manat, qeyri neft-qaz sektorunda 678,1 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 646,2 manat, özəl müəssisələrdə isə 827,8 manat olub.