Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin nəşi tapıldı - FOTO

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin nəşi tapıldı - FOTO

  • 13-Oct-2021, 18:49

Vətən müharibəsində itkin düşən və axtarışları davam edən 7 hərbçidən biri - Əliyev İxtiyar İlqar oğlunun nəşi tapılıb.

APA-ya istinadən xəbər verir ki, bu barədə şəhidin qardaşı Vüqar Əliyev məlumat verib. O bildirib ki, şəhid İxtiyar Əliyev sabah Goranboy rayonunda dəfn olunacaq.

Qeyd edək ki, gizir İxtiyar Əliyev Vətən müharibəsi zamanı, oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.
Allah rəhmət eləsin!